"Zirə"nin Ukrayna klubu ilə oyununda 5 qol vuruldu

15:12 - 16 Yanvar 2026

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" ikinci yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etidyi kollektiv "Aleksandriya" ilə üz-üzə gəlib. Matç Ukrayna təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan klubunun qollarını Yeqor Boqomolski (29) ilə Ceyhun Nuriyev (54) vurublar.

"Zirə" Antalyada ilk hazırlıq matçında Rumıniyanın "Çiksereda" klubu ilə 3:3 hesablı heç-heçə edib. Komanda bu gün daha bir oyuna çıxacaq. Belə ki, qəsəbə təmsilçisi saat 18:00-da "Bohemians"la (Çexiya) görüşdə qüvvəsini sınayacaq.

Xəbər xətti