Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən "Zirə" sonuncu hazırlıq matçına çıxıb.
Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi "Bohemians"la ilə üz-üzə gəlib. Qarşılaşma Çexiya klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qartallar"ın heyətində Runa Renato 41-ci dəqiqədə penaltidən fərqlənib.
Qeyd edək ki, "Zirə" Antalyada bundan əvvəl iki yoxlama oyunu keçirib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın "Çiksereda" klubu ilə 3:3 hesablı heç-heçə edib, Ukrayna təmsilçisi "Aleksandriya"ya isə 2:3 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi
