Çempionlar Liqasının "Qarabağ" - "Ayntraxt" görüşünü idarə edəcək hakimlərin adı açıqlanıb.
Sportal.az xəbər verir ki, görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Sandro Scharer olacaq. Ona həmyerliləri Stephane De Almeida və Jonas Erni köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Johannes von Mandach yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fahndrich əyləşəcəklər. UEFA nümayəndəsi isə isveçli Per Eliassondur.
Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi
