Yığma komandamız "Şamaxı"ya uduzdu

19:08 - 17 Yanvar 2026

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, U-21 millimiz son matçında Misli Premyer Liqasında çıxış edən “Şamaxı” klubu ilə qarşılaşıb.

“Liv Bona Dea Arena”da baş tutan görüş rəqib komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ilk yoxlama oyununda I Liqa təmsilçisi “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

Xəbər xətti