Çempionlar Liqasının 7-ci turunun əsas mərhələsinin Bakıda (21 yanvar) “Qarabağ"a qarşı keçiriləcək oyunundan əvvəl “Ayntraxt”da (Frankfurt) baş məşqçi istefası baş verə bilər.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Bundesliqanın 18-ci turunda “Verder”lə (Bremen) 3:3 hesablı oyundan sonra baş məşqçi Dino Toppmöller yenidən tənqid atəşinə tutulub və onun işdən çıxarılması məsələsi klub rəhbərliyində ciddi şəkildə müzakirə edilməyə başlayıb.
Klubun idman direktoru Markus Kroşe “Verder” lə oyundan əvvəl belə gedişatın olacağını istisna etməyib:
"Hazırda bu barədə müzakirələr aparırıq. Bir daha belə oynamamalıyıq”.
Xatırladaq ki, Frankfurt klubu son doqquz oyundan yalnız birində, "Auqsburq"u məğlub edib. Klub hazırda Bundesliqada 7-ci pillədədir.
saytlarin hazirlanmasi
