Türkiyə klubu "Qarabağ"ın legionerini istəyir

14:16 - 19 Yanvar 2026

“Qarabağ”ın futbolçusu Emmanuel Addai karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az “BBN Haber”ə istinadən xəbər verir ki, Türkiyə Super Liqasında çıxış edən "Konyaspor" qanalını heyətinə qatmağı planlaşdırır. Amma Addai hazırda “Konyaspor”ın transfer siyahısında prioritet deyil.

Türkiyə klubu "Eyüpspor"un hücumçusu Prins Ampem ilə də müqavilə imzalamağa çalışır. Əgər bu futbolçu ilə danışıqlar uğursuz olarsa, Konya təmsilçisi diqqətini “Qarabağ”ın 24 yaşlı vingerinə yönəldəcək. Qeyd edək ki, Emmanuelin "Qarabağ"la müqavilə müddəti bu mövsümün sonuna qədərdir.

Xəbər xətti