"İmişli" portuqaliyalı hücumçu transfer etdi - RƏSMİ

20:50 - 31 Yanvar 2026

"İmişli" portuqaliyalı futbolçu Dioqo Kardozu ilə anlaşıb.

Sportal.az xəbər verir ki, 23 yaşlı mərkəz hücumçusu artıq Azərbaycan klubunun şərəfini qoruyacaq. Klub futbolçu ilə 2 il 6 aylıq müqavilə bağlayıb. 

Dioqo Portuqaliyanın “1 Dezembro” klubundandan transfer edilib. O, Bununla yanaşı, o, “Portimonense” U-23 komandasının formasını geyinib. Futbolçu eyni zamanda Benfika Akademiyasının yetirməsidir.

Müxtəlif yaş qruplarında “Benfika” U-17 və “Vitória” U-19 komandalarında çıxış edən Kardozu güclü futbol məktəbi keçib və bunu meydanda da hiss etdirməyi bacarır.

Hücumçu cari mövsümün ilk yarısında meydana çıxdığı 17 oyunda 6 qol vuraraq məhsuldar performansı ilə diqqət çəkib.

Xəbər xətti