"Turan Tovuz" "Qəbələ"ni məğlub etdi - YENİLƏNİB

16:54 - 24 Fevral 2026

Bu gün Misli Premyer Liqasında 14-cü turdan təxirə salınan bir matç baş tutub.

Sportal.az xəbər verir ki, "Qəbələ" "Turan Tovuz"u qonaq edib.

Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qəbələ" - "Turan Tovuz" görüşü dekabrda Qəbələdəki güclü duman səbəbindən təxirə salınmışdı. 

14-cü turdan təxirə salınmış oyun

 24 fevral

15:00 "Qəbələ"- "Turan Tovuz" 0:3
Qollar:
Alexandro Serrano, 9, Filip Ozobiç, 18, Seydina Keyta, 46 (avtoqol)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu

Xəbər xətti