Super Liqa klubunda norveçli baş məşqçi

15:16 - 25 Fevral 2026

Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Erlinq Moe çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sarı-qırmızılar" norveçli mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Erlinq Moe son olaraq "Beşiktaş"da köməkçi məşqçi vəzifəsində çalışıb. 55 yaşlı çalışdırıcı bundan əvvəl isə "Molde"nin baş məşqçisi olub.

Xəbər xətti