"Hoffenhaym"ın müdafiəçisi Ozan Kabak karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Barselona" türkiyəli futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
La Liqa nəhənginin baş məşqçisi Hans Flik Ozanın oyununu bəyənir. 25 yaşlı mərkəz müdafiəçisinin Almaniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bunu nəzərə alan "Barselona" yayda azad agent statusunda olacaq oyunçu ilə danışıqlara başlamağı planlaşdırır.
Türkiyə millisinin üzvü ilə "Milan", "Roma", "Everton" və "Vest Hem" də yaxından maraqlanır.
Qeyd edək ki, "Hoffenhaym" Ozan Kabakı 2022-ci ilin yayında "Şalke"dən 7 milyon avroya transfer edib. Müdafiəçi bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 4 qol vurub.
saytlarin hazirlanmasi
