Türkiyənin "Sakaryaspor" klubu Caner Erkinlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, 37 yaşlı sol cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Caner Erkin 2025-ci ilin iyul ayından "Sakaryaspor"da çıxış edirdi. Türkiyə millisinin sabiq üzvü I Liqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb. Təcrübəli futbolçu 4 oyunda qırmızı vərəqə ilə cəzalandırılıb.
saytlarin hazirlanmasi
