"Millinin məşqçilərindən mənimlə əlaqə saxlayan olmayıb, dəvət edilməməyim başa düşüləndir" - Avropada oynayan azərbaycanlı

12:47 - 26 Fevral 2026

Albaniyanın "Eqnatiya" klubunun müdafiəçisi Zamiq Əliyev Sportal.az saytına açıqlamasında Azərbaycan millisində yenidən çıxış etmək istəyindən bəhs edib.

O, yığma komandamızın baş məşqçisi Ayxan Abbasovun onu diqqət saxladığına inandığını deyib. Lakin millinin məşqçilərindən onunla əlaqə saxlayanın olmadığını da söyləyib:

"Milliyə dəvət edilməməyim başa düşüləndir. Çünki ilk dövrədə “Eqnatiya”da mütəmadi oynamırdım, oyun sayım az idi. Belə olan halda isə millidən dəvətin də gəlməməsi gözləniləndir. Təbii ki, yenidən milli komandadan dəvət almaq istəyirəm. Hər halda, qərarı verən Ayxan Abbasovdur. Mən də bütün qərarlara hörmətlə yanaşıram. Düşünürəm ki, Ayxan müəllim hər bir oyunçunu diqqətlə izləyir. Performansım yaxşı olduğu vaxtda milliyə yenidən dəvət olunacağıma ümid edirəm. Millinin məşqçilərindən isə mənimlə əlaqə saxlayan olmayıb”.
 

Xəbər xətti