Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Beşiktaş" səfərdə "Kocaelispor"un qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 46-ya yüksəldən "qara qartallar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 30 xalı olan "Kocaelispor" isə 8-ci yerdədir.
"Kocaelispor" - "Beşiktaş" 0:1
Qol: Emmanuel Aqbadu, 52
