Bu gün İntizam Komitəsinin qərarları açıqlanıb.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Region Liqası ilə bağlı da qərarlar qəbul edilib.
AFFA İntizam Komitəsi bəzi komandalara texniki məğlubiyyət verib, bir komandanı isə liqadan uzaqlaşdırıb.
22 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Beyləqan FK-Bakı TFK oyunu Bakı TFK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Bakı TFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Analoji hal 3-cü dəfə təkrarlandığı üçün Bakı TFK komandası yarışdan kənarlaşdırılsın. (Maddə 24 və 79.4)
15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilməli olan Qobu PFK-Crystal FC oyunu Crystal FC komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Crystal FC komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)
15 fevral 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Universal Football Academy-Dirçəliş FK oyununda Dirçəliş komandasının heyətində adı protokolda olmayan Ələkbər Əliyev iştirak etdiyi üçün Dirçəliş komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)
saytlarin hazirlanmasi
