Futbol üzrə Azərbaycan I Liqasında XVI turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün lider "Şəfa" səfərdə "Difai"nin qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin 8:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 36-ya yüksəldən "Şəfa" liderliyini davam etdirir. 12 xalı olan "Difai" isə 9-cu yerdədir.
"Difai" - "Şəfa" 1:8
Qollar: R.Yaqubzadə, 89 - P.Azadov, 8, 46, E.Zamanov, 29, N.Əliyev, 44, T.Quliyev, 50, A.Ebrahimzade, 60, H.Şirəliyev, 65 (avtoqol), A.Nəsibov, 86
