"Fənərbaxça" "Qalatasaray"dan hücumçu transfer etdi

18:57 - 25 Fevral 2026

Türkiyənin "Fənərbaxça" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi əzəli rəqibi olan "Qalatasaray"dan Çağrı Hakan Baltanı transfer edib.

"Fənərbaxça" 17 yaşlı forvard üçün onun klubuna 4 milyon TL yetişdirmə məbləği ödəyəcək. Gənc futbolçu artıq yeni komandası ilə məşqə çıxıb.

Qeyd edək ki, Çağrı Hakan Balta "Qalatasaray"ın yetirməsidir. Türkiyə U-18 millisinin üzvü olan hücumçu "sarı-qırmızılar"ın sabiq müdafiəçisi Hakan Baltanın oğludur.

Xəbər xətti