"Fənərbaxça" sabiq hücumçusunu qaytarmaq istəyir

21:29 - 25 Fevral 2026

"Malyorka"nın hücumçusu Vedat Muriki Türkiyə Super Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" sabiq futbolçusunu transfer etmək istəyir. Bu barədə "A Spor" televiziyası məlumat yayıb.

İstanbul nəhəngi yayda kosovolu forvardı heyətinə qatmağa çalışacaq. 31 yaşlı futbolçu özü də Türkiyəyə qayıtmağa isti yanaşır.

Qeyd edək ki, "Malyorka" Vedat Murikini 2022-ci ilin yayında "Latsio"dan 8 milyon avroya transfer edib. Kosovo millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 16 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli hücumçu 2019/202 mövsümündə "Fənərbaxça"da çıxış edib.

Xəbər xətti