"Qarabağ" Kamilo Duran haqda məlumat yaydı

11:18 - 26 Fevral 2026

"Qarabağ"ın futbolçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır.

Sportal.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə cavab oyununda zədələnən kolumbiyalı barədə həkimlərin yekun rəyini gözləmək lazımdır.

Qeyd edək ki, vinger İngiltərə klubu ilə matçın ikinci hissəsində zədələnib.

Xəbər xətti