Azərbaycan millisinin Avropa çempionatında rəqibləri bu axşam bəlli olacaq

12:48 - 27 Fevral 2026

Bu gün minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşəcək.

Sportal.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada start götürəcək tədbir Bakı vaxtilə saat 20:00-da başlanacaq.

Yığmamız püşk öncəsi 1-ci səbətdə yer alıb.

Qitə birinciliyinin final mərhələsi 27 may - 4 iyun tarixlərində Slovakiyada keçiriləcək.

Avropa çempionatı

1-ci səbət: Slovakiya, Azərbaycan, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Serbiya;
2-ci səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan;
3-cü səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya;
4-cü səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya

Xəbər xətti