"Mançester Yunayted" belçikalı üçün hərəkətə keçdi

18:48 - 26 Fevral 2026

Belçika millisinin üzvü Amadu Onana karyerasında dəyişiklik edəcək.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"ə keçidə hazırlaşır.

"Aston Villa"nın futbolçusu olan Onananın klubla müqavilə müddəti 2029-cu il iyunun 30-a qədərdir.

O, karyerası ərzində “Hamburq”, “Lill”, “Everton” komandalarında oynayıb.
 

Xəbər xətti