"Barselona"nın keçmiş baş məşqçisi Xavi Ernandes Mərakeş milli komandasının baş məşqçisi vəzifəsinə namizəd kimi nəzərdən keçirilir.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisə Valid Reqraqinin əvəzedicisi kimi görülür.
Lakin hələ ki rəsmi danışıqlar başlamayıb. Mərakeş Futbol Federasiyasının rəhbərliyi dəyişikliyi millinin Afrika Millətlər Kubokundakı zəif oyunu ilə əlaqələndirilir.
Xavinin DÇ-2030-dan əvvəl Mərakeş millisinin baş məşqçisi təyin olunmaq ehtimalı yüksəkdir.
46 yaşlı mütəxəssis "Əl-Sədd" və "Barselona" klublarını çalışdırıb.
saytlarin hazirlanmasi
