"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola iki gün öncə Milanda olub.
Sportal.az "Tuttomercatoweb" portalına istinadən xəbər verir ki, ispan mütəxəssis Milanda keçirilmiş Çempionlar Liqasının pley-off mərhələsinin “İnter” – “Bodo Qlimt” görüşünü canlı izləyib.
Məsələ burasındadır ki, “Mançester Siti” 1/8 finalda ya “Bodo-Qlimt”lə, ya da “Real”- “Benfika” cütünün qalibi ilə qarşılaşacaq.
Püşkatma sabah baş tutacaq.
Qeyd edək ki, liqa mərhələsində "Mançester Siti" 16 xalla 8-ci pilləni tutub və pley-off mərhələsində oynamağa ehtiyac duymayıb.
