"İtaliya komandası ilə oyun, "Bayer"lə matçla müqayisədə, ÇL-nin ab-havasını daha çox hiss etdirir" - Noyer

22:50 - 27 Fevral 2026

"Bavariya"nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının püşkatmasının nəticələrinə münasibət bildirib.

Sportal.az xəbər verir ki,  turnirin 1/8 finalında "Atalanta" ilə qarşılaşacaq Münhen klubunun qolkiperi öz açıqlmasında bunları qeyd edib:

“Biz matçlara baxmağa vaxt tapdıq, o cümlədən "Atalanta"nın Dortmund "Borussiya"sı ilə oyununa. Onların evdə necə yaxşı oynadıqlarını gördük.

Az imkanlardan maksimum yararlanmaları təsir edicidir və düşünürəm ki, ən yaxşı günlərində dağları yerindən oynada bilərlər. Ona görə də ilk oyunun Berqamoda keçirilməsi pis deyil, bundan sonra hansı səviyyədə olduğumuzu anlayacağıq.

Beynəlxalq qarşılaşmanı səbirsizliklə gözləyirik. Əlbəttə, Almaniya komandası , məsələn, "Bayer"lə oyuna nisbətən, İtaliya təmsilçisi ilə qarşılaşma daha çox Çempionlar Liqası ab-havası yaradır”.

Xəbər xətti