"Atletiko" "Brügge"yə 40 milyon avro ödəməyə hazırdır

15:58 - 27 Fevral 2026

"Brügge"nin yarımmüdafiəçisi Aleksandar Stankoviç karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" serbiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.

Madrid nəhəngi Stankoviçi yayda heyətinə qatmağa çalışacaq. "Atletiko" 20 yaşlı dayaq yarımmüdafiəçisi üçün Belçika klubuna 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Brügge" Aleksandar Stankoviçi mövsümün əvvəlində "İnter"dən 9,5 milyon avroya transfer edib. Serbiya millisinin üzvü "mavi-qaralar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti