"Turan" finala yüksəldi

20:50 - 13 Aprel 2026

Qadın voleybolçuların Yüksək Liqasında növbəti finalçı müəyyənləşib.

Sportal.az xəbər verir ki, Tovuz OİK-də keçirilən yarımfinal mərhələsinin cavab oyununda "Turan" komandası "Gəncəni qəbul edib.

İlk oyunda qalib gələn Tovuz təmsilçisi bu qarşılaşmada da üstün oyun nümayiş etdirərək rəqibini 3:0 hesabı ilə məğlub edib. Beləliklə, hər iki görüşdə qələbə qazanan "Turan" finala vəsiqəni rəsmiləşdirib. "Gəncə" komandası isə bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, mükafatlar uğrunda oyunlar aprelin 19-da GIN-in Voleybol Mərkəzində keçiriləcək. Həmin gün "Gəncə" və "Milli Aviasiya Akademiyası" bürünc medal üçün yarışacaqlar. "Turan" və "DH Volley" klubları isə finalda çempionu müəyyənləşdirəcəklər.

13 aprel 2026

Yüksək Liqa (qadınlar) | yarımfinal, 2-ci oyun

"Turan" - "Gəncə" 3:0 (25:18, 25:18, 25:18)

Ünvan: Tovuz OIK

8 aprel 2026

Yarımfinal, 1-ci oyun

"Gəncə" - "Turan" 0:3 (22:25, 12:25, 13:25)

Ünvan: GIN-in Voleybol Mərkəzi

Xəbər xətti