"Qəbələ" "Neftçi"ni darmadağın etdi, "Qarabağ"dan heç-heçə

22:29 - 13 Aprel 2026

Əvəzedicilər Liqasında 23-cü tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.

6 qolun vurulduğu “Qarabağ-2” – “Sumqayıt-2” matçında qalib müəyyənləşməyib. “Qəbələ-2” isə “Neftçi-2”ni 5:1 hesablı darmadağınla qalib gəlib.

Əvəzedicilər Liqası
23-cü tur

“Qarabağ-2” – “Sumqayıt-2” 3:3
Qollar:
Nicat Xasıyev, 21. Uğur Səfərov, 25. Elton Mikayılov, 86 – Nicat Məmmədzadə, 41. Elgün İsaqov, 54. Əjdər Hacılı, 84.

“Qəbələ-2” – “Neftçi-2” 5:1
Qollar:
Qədir Ramazanov, 23. Nasiru Salihu, 70. Ceyhun Bağırzadə, 79. Rəvan Əsədov, 83. Nicat Əliyev, 89 – Həsən Mahmudov, 77.

Xəbər xətti