Lamine Yamal Neymarı öz kumiri adlandırıb və ona böyük hörmətini ifadə edib.
Sportal.az xəbər verir ki, Yamal öz açıqlamasında bunları qeyd edib:
“6:1-lik oyunu çox izləmişəm, onu canlı da görmüşəm. Neymar mənim uşaqlığımı təcəssüm etdirirdi, o mənim kumirimdir və futbola verdiklərinə görə həmişə ona minnətdar olacağam. O, hamımızı ilhamlandırır, insanlar bileti onun oyununu izləmək üçün alır, matçdan 2-3 gün sonra isə yenə onun oyununa baxmaq istəyirlər. Sadəcə onun necə oynadığını görmək üçün.
Futbola verdiklərinə görə ona təşəkkür edirəm və ümid edirəm ki, dünya çempionatında çıxış edəcək."
saytlarin hazirlanmasi
