Karlos Keyruş Qana millisinin baş məşqçisi təyin olunub.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanı DÇ 2026-da çalışdıracaq.
Keyruş daha əvvəl Portugaliya millisi, Iran, Misir, Kolumbiya və BƏƏ kimi yığmalara rəhbərlik edib. Klub səviyyəsində isə "Real" və "Sportinq"də işləyib, həmçinin "Mançester Yunayted" məşqçilər korpusunun üzvü olub.
Qrup mərhələsində Qana millisi İngiltərə yığması, Xorvatiya və Panama ilə qarşılaşacaq. Turnir ABŞ, Kanada və Meksikada 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.
saytlarin hazirlanmasi
