"Atletiko"nun hücumçusu Xulian Alvares karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, PSJ argentinalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Liqa 1 nəhəngi Alvares üçün 100 milyon avroluq təklif göndərməyi planlaşdırır. Madrid klubu 26 yaşlı forvardı çempionatda rəqibi olan "Barselona"ya satmaq əvəzinə PSJ-yə göndərmək variantını dəyərləndirə bilər.
Qeyd edək ki, "Atletiko" Xulian Alvaresi 2024-cü ilin yayında "Mançester Siti"dən 75 milyon avroya transfer edib. Argentina millisinin üzvü cari mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
