"Atletiko"nun müdafiəçisi Avropa nəhənglərinin hədəfində

14:54 - 31 May 2026

"Atletiko"nun müdafiəçisi Mark Pubil Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted", "Çelsi", "Liverpul", "Barselona" və PSJ 22 yaşlı futbolçunu yaxından izləyir. Bu barədə "CaughtOffside" məlumat yayıb.

​Buna baxmayaraq, Madrid klubu özünün ən perspektivli oyunçularından birinin satışını nəzərdən keçirmək niyyətində deyil. "Atletiko" rəhbərliyi Pubili komandanın gələcək layihəsinin vacib hissəsi hesab edir və müdafiənin liderlərindən biri kimi ona güvənir.

​İspaniyalı futbolçunun müqaviləsində yer alan sərbəstqalma məbləği isə potensial alıcılar qarşısında əlavə bir sədd rolunu oynayır. Bu məbləğ təxminən 500 milyon avro təşkil edir.

​Mark Pubil 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 36 matçda meydana çıxıb, aktivinə 1 qol və 1 məhsuldar ötürmə yazdırıb. Onun "Atletiko" ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Xəbər xətti