PSJ-nin müdafiəçisi və kapitanı Markinyos Çempionlar Liqasının finalında penaltilər seriyasında "Arsenal"a qarşı qazandıqları qələbəni şərh edib.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu növbəti mövsümdə də turnirin qalibi olmaq istədiklərini bildirib:
"Bu il hisslər tamamilə fərqlidir. Bir dəfə qalib gəlmək çətindir, amma ardıcıl iki dəfə qalib gəlmək daha da çətindir. Bu titulu böyük təntənə ilə qeyd edəcəyik. Əylənməyə davam edəcəyik. "Park de Prens"dəki, Parisdəki hər kəsə təşəkkür edirəm. Bu, inanılmazdır, biz bir nağılı yaşayırıq.
Azarkeşlərimiz, klubumuz, məşqçimiz və futbolçularımızla birlikdə yenidən bu möhtəşəm anları yaşamaq üçün doğru istiqamətdə irəliləməyə davam etməliyik. Çox gənc heyətimiz var, ardıcıl üçüncü dəfə də qalib gələ bilərik".
saytlarin hazirlanmasi
