"Nə qazanırsa qazansın, onun aclığı eyni qalır" - Ronaldo DÇ-2030-da da forma geyinəcək?

00:42 - 1 İyun 2026

Roberto Martines Kriştiano Ronaldonun DÇ-2030-da oynayıb-oynamayacağı ilə bağlı suala cavab verib.

Sportal.az xəbər verir ki, o bildirib ki, bu barədə heç bir şübhə olmamalıdır və Ronaldo bunu tam şəkildə haqq edir:

“Biz onun iş modelini bütün gənc futbolçulara ötürmək istərdik, çünki o, nümunədir. Biz məşqçi heyəti olaraq belə qənaətə gəldik ki, Kriştiano Ronaldo konkret fərdi və ya komanda titulları üçün oynamır. Onu müəyyən edən qazandıqları deyil, onun aclığıdır. Nə qazanırsa qazansın, ertəsi gün yenə eyni aclıq və daha yaxşı olmaq istəyi ilə oyana bilir.”

Bu açıqlama "Cadena SER" radiosunun efirində səsləndirilib və Ronaldonun karyerasına dair müzakirələri yenidən gündəmə gətirib.

Xəbər xətti