Emmanuel Makron Fransa millisinin DÇ-2026-da qələbə qazanmasını gözlədiyini bildirib.
Sportal.az xəbər verir ki, bu gün Makron PSJ ilə UEFA Çempionlar Liqasında ardıcıl ikinci qələbədən sonra Yelisey sarayında görüşüb. Ölkə prezidenti açıqlamasında deyib:
“Ümid edirəm ki, milli komandamız formaya üçüncü dünya çempionluğu ulduzunu əlavə edəcək. Dünyada bu qədər istedada sahib başqa bir komanda yoxdur.”
Qeyd edək ki, Fransa millisi indiyədək turniri iki dəfə - 1998 və 2018-ci illərdə qazanıb.
saytlarin hazirlanmasi
