Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder DÇ-2026-da komandanın çıxışından gözləntilərini açıqlayıb.
Sportal.az “The Toucline” portalına istinadən xəbər verir ki, veteran futbolçu millinin kapitanı Vircil van Dayk haqda da fikirlərini bölüşüb:
"Mən hələ də düşünürəm ki, Vircil van Dayk müdafiəmizin əvəzolunmaz adamdır. Amma indi o, üç-dörd il əvvəlkindən daha çox problem yaşayır. Xüsusən də güclü hücumçulara qarşı oynayanda bunu görmək mümkündür. Əminəm ki, Vircil zəif oynayanda özü də bunu bilir. Mən hələ də onu layiqli kapitanımız hesab edirəm. Amma ümid edirəm ki, özünü həm də kişi xarakterli olması ilə kimi sübut edəcək. Üstəlik, meydanda lider kimi komandamızı yaxşı təşkilatlandıra biləcək".
saytlarin hazirlanmasi
