Azərbaycan milli komandasının və “Neftçi”nin qolkiperi Rza Cəfərov legioner həyatı yaşaya bilər.
Sportal.az saytına verilən məlumata görə, 22 yaşlı qolkiperin xidmətində “Olimpiya”(Lyublyana) klubu maraqlıdır.
Sloveniya təmsilçisi Cəfərovu bu yay heyətinə qatmaqda maraqlıdır.
Başa çatan mövsümün qış fasiləsində “Qəbələ”yə icarəyə verilmiş Rzanın hansı addımı atacağı yaxın günlərdə dəqiqləşəcək.
“Neftçi”nin özü də Cəfərovun xidmətində maraqlıdır. Onun “ağ-qaralar”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
