"Lill"in yarımmüdafiəçisi Ayyub Buaddi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" mərakeşli oyunçunu transfer etmək istəyir. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
Madrid nəhəngi hələ ki Buaddi üçün rəsmi təklif göndərməyib. Fransa klubu 18 yaşlı futbolçunu təxminən 60-70 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, Ayyub Buaddi "Lill"in yetirməsidir. Fransa millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
