"Qalatasaray"dan ayrılan futbolçu "Fiorentina"ya keçə bilər

16:59 - 20 İyun 2026

"Napoli"nin futbolçusu Noa Lanq İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fiorentina" niderlandlı vingeri heyətinə qatmaq istəyir. Bu barədə "La Nazione" məlumat yayıb.

Florensiiya təmsilçisi 27 yaşlı ön xətt oyunçusunu icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Noa Lanq 2025/26 mövsümünün ikinci yarısını icarə əsasında "Qalatasaray"da keçirib. Niderland millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti