"Atletiko" Aleks Qrimaldo transferini başa çatdırmağa çox yaxındır.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər şəxsi müqavilənin bütün şərtlərini razılaşdırıblar və futbolçu Madrid klubunun təklifini qəbul edib.
Hazırda "Atletiko" ilə "Bayer" (Leverkusen) arasında yekun transfer məbləği üzrə danışıqlar davam edir. Razılaşmanın dəyərinin 10 milyon avronu keçəcəyi gözlənilir.
29 yaşlı sol cinah müdafiəçisi son illərdə Leverkuzendə göstərdiyi sabit və məhsuldar oyunla Avropanın ən yaxşı mövqeyindəki futbolçularından biri kimi tanınıb. O, həm müdafiədə etibarlı çıxışı, həm də hücumlara verdiyi töhfə ilə seçilir.
Tərəflər arasında danışıqlar müsbət istiqamətdə gedir və transferin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
saytlarin hazirlanmasi
