Bölgə klubu yeni yarımmüdafiəçi ilə gücləndi

19:40 - 17 İyun 2026

“Şahdağ Qusar” 2026/27 mövsümü üçün heyətini formalaşdırmağa davam edir.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi Gülağa Əsədovu heyətinə cəlb edib. Bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Gülağa Əsədovun son klubu “Ordu” olub.

Xəbər xətti