“Neftçi”nin 2026/27-ci illər mövsümü üçün hazırlıq planı müəyyənləşib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-dək Bakıda – “Palms Sports” Futbol Mərkəzində keçəcək.
Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. “Hotel Livada Prestige”də məskunlaşacaq "ağ-qaralar" bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır.
Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya “Partizan”ı olacaq. Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.
saytlarin hazirlanmasi
