İdman Arbitraj Məhkəməsi (CAS) “Turan Tovuz”un müraciəti ilə bağlı qərarını açıqlayıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.
Qurum UEFA Appelyasiya Orqanının klub haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb. 15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazanan “Turan Tovuz” UEFA Konfrans Liqasının 2026/2027-cı illər mövsümündə iştirak etməyəcək.
saytlarin hazirlanmasi
