"Milan"ın baş məşqçi postuna əsas namizəd bəlli oldu

22:22 - 13 İyun 2026

Ruben Amorim hazırda "Milan"ın baş məşqçi postuna əsas namizəd hesab olunur.

Sportal.az xəbər verir ki, 41 yaşlı portuqaliyalı mütəxəssis ötən həftə Portuqaliyada "Milan" klubunun nümayəndələri ilə görüş keçirib və tərəflər mümkün əməkdaşlıq variantlarını müzakirə ediblər.

Amorimin son iş yeri "Mançester Yunayted" olub. O, İngiltərə klubunu 2024-cü ilin noyabrından 2026-cı ilin yanvarına qədər çalışdırıb.

Bundan əvvəl xəbərlərdə bildirilirdi ki, "Milan" rəhbərliyi digər namizədləri də nəzərdən keçirir. Siyahıda Mattias Jaissl (Al-Ahli) və yaxın vaxtlarda "Kristal Pelas"dan ayrılmış Oliver Qlasner da yer alır.

Hazırkı mərhələdə isə Amorim Milanın yeni baş məşqçisi vəzifəsinə ən real namizəd kimi qiymətləndirilir.

Xəbər xətti