"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Napoli" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "A Spor" televiziyası məlumat yayıb.
Yaxın günlərdə Neapol təmsilçisinin 26 yaşlı oyunçu üçün Türkiyə klubu ilə danışıqlara başlayacağı bildirilir.
Qeyd edək ki, "Qalatasaray" Qabriel Saranı 2024-cü ilin yayında "Norviç"dən 18 milyon avroya transfer edib. Braziliya millisinin üzvü 2025/26 mövsümündə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
