"Biz ölkəmizə doğru insanların gəlməsini təmin etmək istəyirik" - Tramp DÇ-2026 haqda

09:32 - 11 İyun 2026

ABŞ prezidenti Donald Tramp 2026-cı il dünya çempionatından əvvəl müəyyən şəxslərin ölkəyə girişinə icazə verilməməsinə və futbolçular, məşqçilər və milli komanda rəsmilərinin çox göstərişli şəkildə yoxlanılmasına münasibət bildirib.

Sportal.az xəbər verir ki, "USA Today" nəşrinə danışan Tramp etdiklərinin doğru olduğunu söyləyib:

"Biz ölkəmizə doğru insanların gəlməsini təmin etmək istəyirik. Bunun üçün də səylə çalışırıq".

Daha əvvəl turnirdə oyunları idarə etməli olan somalili hakim Ömər Əbdülqədir Artanın ABŞ-a girişinə icazə verilməyib. O, ölkəsindən mundialdakı hakimlərin siyahısına daxil edilən ilk hakimdir. Omar 2025-ci ildə Afrika Futbol Konfederasiyası tərəfindən qitənin ən yaxşı hakimi seçilib.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Xəbər xətti