"Azərbaycan millisinin Millətlər Liqasında uğurlu nəticə qazanacağına inanıram"

15:35 - 10 İyun 2026

Azərbaycan milli komandasının sabiq forvardı Leandro Qomeş Sportal.az saytına açıqlama verib. 

Braziliyada məşqçi kimi çalışan yığma komandamızın veteran forvardı Azərbaycan millisinin çıxışından danışıb.

Onun sözlərinə görə, yığma komandamızın potensialı yüksəkdir: “Həm Malta, həm də San Marino ilə görüşü izlədim. Təbii ki, milli hər iki komandaya qarşı yaxşı oynadı. Milli Maltaya uduzsa da, daha çox qol epizodu yaratdı, daha yaxşı oynadı. Məncə, həmin görüşdə qələbəyə layiq idilər. San Marino ilə matçda da Azərbaycan yaxşı oynayaraq qalib gəldi. Onsuz da, indi asan rəqib, asan komanda yoxdur. Qarşıda Millətlər Liqasının oyunları var. Litva və Lixtenşteyn yığmalarını məğlub etmək mümkündür. Lakin dediyim kimi, asan rəqib yoxdur. İnanıram ki, Azərbaycan millisi Millətlər Liqasında uğurlu nəticə qazanacaq. Allah Azərbaycan millisini qorusun, hər zaman yığma komanda üçün həyəcanlanıram".

Mirbağırağa
 

Xəbər xətti