Son mövsümü Türkiyənin “Serikspor” klubunda keçirmiş Sərtan Taşkın yeni mövsümə Azərbaycanda başlamağa yaxındır.
Sportal.az saytına verilən məlumata görə, yığma komandamızın sabiq müdafiəçisinin xidmətində maraqlı olan Premyer Liqa klubları var. “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı” klubları son mövsümü Türkiyə 1-ci liqasında keçirmiş Taşkını heyətinə qatmaq niyyətindədir.
Hazırda millimizin sabiq üzvü ilə danışıqlar gedir. O, son mövsümü “Serikspor”da 23 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
