"Atletiko"nun prezidenti Enrike Serezo “Real”ın Xulian Alvarez üçün 150 milyon avroluq təklifinə münasibət bildirib.
Sportal.az "El Chiringuito"ya istinadən xəbər verir ki, Serezo bunları deyib:
"Real" rəsmi təklif edib? Xulian Alvarez satılmır. Biz onu satmaq istəmirik".
"Kral klubu" məsələ haqda açıqlama yayıb: “İki klub arasındakı yaxşı münasibətlər çərçivəsində edilən təklifi araşdırıb qiymətləndirdikdən sonra “Atletiko” buna görə minnətdarlığını bildirib və oyunçunun transfer bəndini əsas gətirərək rədd edib".
