Rusiya millisinin, “Çelsi”, ÇSKA, "Dinamo", "Zenit" və "Anji"nin sabiq futbolçusu Juri Jirkov DÇ-2026-da hansı komandaya azarkeşlik edəcəyini açıqlayıb.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Jirkov İran millisini bəyəndiyini bildirib:
"Dünya çempionatında İrana azarkeşlik edəcəm. Sərdar Azmun orada oynayıb. Favoritlərə gəldikdə isə, onlar eyni olaraq qalır - Fransa, İspaniya və Portuqaliya. Amma məncə, İspaniya qalib gələcək".
Əlavə edək ki, İran Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alıb.
saytlarin hazirlanmasi
