"Kriştiano Ronaldo milli üçün vacib oyunçudur, ondan yaxşısını görmürəm"

17:46 - 10 İyun 2026

Portuqaliya millisinin keçmiş yarımmüdafiəçisi Manişe Kriştiano Ronaldonun DÇ-2026-da iştirakındakı rolundan danışıb.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, veteran futbolçu Ronaldonun istəyindən bəhs edib:

"Mənim üçün Kriştiano Ronaldo oynamalıdır. Milli komandanı təmsil etmək istəyi və ambisiyası olduğu müddətcə, bunu davam etdirməlidir. O, unikal oyunçudur. Düzdür, Ronaldo 20 il əvvəlki qədər fiziki cəhətdən hazır deyil, amma yenə də rəqiblərini daim diqqətdə saxlayır və komanda yoldaşları üçün zona yaradır. Biz hörmət göstərməliyik və düşünürəm ki, insanlar onun haqqında danışanda tez-tez intellektual dürüstlükdən məhrum olurlar. O, etalon olaraq qalır və milli komanda üçün vacib oyunçudur. Ondan daha yaxşısını görmürəm. Bu, məşqçinin işidir".

Xəbər xətti