"Fulhem" baş məşqçi postu ilə bağlı Alvaro Arbeloa ilə danışıqlar aparıb.
Sportal.az xəbər verir ki, Cillermo Raiın məlumatına görə, ispan mütəxəssis klubda mümkün təyinat üçün gündəmdədir və o, Marko Silvanin yerinə gətirilə bilər. Silva isə "Benfika"ya keçib.
Daha əvvəl "Real" Arbeloanın baş məşqçi vəzifəsindən ayrıldığını açıqlamışdı. O, yanvar ayından bəri klubda çalışırdı.
